Bank Of Baku

Azərbaycanda stasionar rabitə xidmətlərinə qoşulma prosesi avtomatlaşdırılacaq

Azərbaycanda stasionar rabitə xidmətlərinə qoşulma prosesi avtomatlaşdırılacaq
# 14 dekabr 2011 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) stasionar rabitə xidmətlərinə qoşulma prosesini avtomatlaşdıracaq.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, işlər «Elektron Azərbaycan» Dövlət Proqramı çərçivəsində reallaşdırılır.

BTRİB-in veb-saytında göstəriləcək elektron xidmətlər əhaliyə stasionar telefon xətlərinə qoşulmaq üzrə sənədlərin verilməsinin mümkünlüyünü nəzərdə tutur.

İstifadəçi yaşadığı ərazidə mövcud olan müvafiq telekommunikasiya qovşağını seçməli, elektron ərizəni doldurmalı və plastik kart vasitəsilə xidmətin dəyərini ödəməli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR