Bank Of Baku

Xırdalan-Bakı marşrutu ilə hərəkət edən avtobusların sürücüləri xəttə çıxmaqdan imtina edib - YENİLƏNİB

Xırdalan-Bakı marşrutu ilə hərəkət edən avtobusların sürücüləri xəttə çıxmaqdan imtina edib - <font color=red>YENİLƏNİB</font>
# 14 dekabr 2011 09:57 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, buna səbəb Xırdalan-Bakı (3-cü mkr. dairəsi) marşrutu ilə hərəkət edən 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi olub.

Nəticədə yüzlərlə vətəndaş dayanacaqlarda uzun müddət avtobus gözləməyə və ya Bakıya taksi ilə gəlməyə məcbur olub.

Məsələ ilə bağlı “APA-Economics”ə açıqlama verən Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi xəbərini təsdiqləyib. Onun sözlərinə görə, sürücülər əmək haqlarının gecikdirilməsinə etiraz əlaməti olaraq bu addıma əl atıblar: “Lakin məndə olan məlumata görə, onlar 3-4 gün əvvəl maaşlarını alıblar. Bu səbəbdən onların addımının səbəbi mənim özüm üçün də maraqlıdır”.

N.Həsənov 325 (135) saylı marşrutla hərəkət edən avtobusların başqa sürücülər tərəfindən xəttə çıxarıldığını və problemin artıq həll olunduğunu bildirib.

Lakin Xırdalan şəhər sakinlərinin verdiyi məlumata görə, hazırda bu xətdə yalnız iki avtobus hərəkət edir – biri Bakıdan Xırdalana, digəri əks istiqamətdə. Nəticədə, problem hələ də həll olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR