Bank Of Baku

Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - <font color=red>YENİLƏNİB</font>
# 14 dekabr 2011 10:05 (UTC +04:00)
APA-Economisc”-in xəbərinə görə, məcəllədə şəhərsalma və tikinti fəaliyyətinin hüququ əsasları, prinsipləri, dövlət orqanları, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri müəyyən edilib.

İclasda çıxış edən İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu adda məcəllənin qəbul edilməsinin əleyhinə olduğunu deyib. Deputat deyib ki, tikinti və şəhərsalma məcəllələri ayrı-ayrılıqda olmalıdır.

MM-in İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov isə deyib ki, layihə 3 bölmədən ibarətdir. Onun sözlərinə görə, sənəddə həm də sosiala minimum prinsipləri müəyyənləşib: “Məsələn, bizdə əlil şəxs kömək olmadan metroya, yeraltı keçidə düşə bilməz. Qanunvericilikdə bunlar nəzərə alınıb”.

S. Kərimov onu da deyib ki, layihədə tikinti işləri aparılan ərazilər barədə orada yaşayan insanlara əvvəlcədən məlumat verilməsi, bu yöndə ictimai müzakirələrin aparılması, dövlət əhəmiyyətli yollar haqda vətəndaşların mövqe bildirmək imkanına malik olması da əksini tapıb.

S. Kərimov çıxışında bu gün Azərbaycanda istismara qəbul olunmamış yüzlərlə binanın olduğunu deyib: “Buna baxmayaraq, həmin binalarda yaşayış var. Ona görə də, belə binalarla bağlı məsələnin də qanunvericiliklə tənzimlənməsinə ehtiyac var”.

Müzakirələrdən sonra layihə birinci oxunuş üçün parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR