Bank Of Baku

«Nokia Siemens» İranla əməkdaşlığı dayandırır

«Nokia Siemens» İranla əməkdaşlığı dayandırır
# 14 dekabr 2011 10:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. «Nokia Siemens» telekommunikasiya şirkəti İranla əməkdaşlığı dayandırır. APA-nın məlumatına görə, şirkətin yaydığı bəyanatda 2012-ci ildən etibarən bu ölkə ilə yeni müqavilə bağlanılmayacağı bildirilir.

Şirkət rəhbərliyi bunu Avropa Birliyi və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib: «Artıq tətbiq olunmuş sanksiyalarla əlaqədar şirkətin İranda fəaliyyət göstərməsi çətinləşib. İranın Mərkəzi Bankı və banklarına qoyulan sanksiyalar ötən bir il ərzində şirkətin əldə etdiyi qazancın yalnız bir qismini bu ölkədən çıxarmasına imkan verib. Avropa Birliyinin İran banklarına tətbiq etdiyi son sanksiyalar isə şirkətin bu ölkədə fəaliyyətini demək olar imkansız edib. Ancaq İranda siyasi vəziyyət dəyişəcəyi təqdirdə, şirkət bu ölkə ilə yeni müqavilə bağlaya bilər».

Qeyd edək ki, 2010-cu ildə «Nokia Siemens» bir sıra beynəlxalq təşkilatların təzyiqi altında İranın təhlükəsizlik orqanlarını axtarış-təchizat sistemi ilə təmin etməkdən imtina edərək bu ölkəyə həmin məhsulların satışını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR