Bank Of Baku

«Azərpoçt»un daha 400 şöbəsi avtomatlaşdırılmış elektron sistemə qoşulacaq

«Azərpoçt»un daha 400 şöbəsi avtomatlaşdırılmış elektron sistemə qoşulacaq
# 14 dekabr 2011 10:22 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sonuna kimi «Azərpoçt» MMC-nin 1200-dək filial və şöbəsi avtomatlaşdırılmış elektron sistemə qoşulacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərpoçt» MMC-nin baş direktorunun müavini Sübhan Kazımov bildirib.

S.Kazımovun sözlərinə görə, hazırda «Azərpoçt»un ölkə üzrə 1500 filial və şöbəsi fəaliyyət göstərir, bunun da artıq 800-ü avtomatlaşdırılmış elektron sistemə qoşulub. Cari ilin sonunadək daha 400 poçt şöbəsi bu sistemə qoşulacaq.

S.Kazımov bildirib ki, ölkənin ucqar rayon və kəndlərində yerləşən poçt şöbələri ilə əlaqə bir başa peyk vasitəsi ilə həyata keçiriləcək.

S.Kazımov həmçinin «Azərpoçt» MMC-nin universal bank lisenziyası alması məsələsinə də aydınlıq gətirib. Belə ki, hazırda şirkət məhdud bank lisenziyasına malikdir. «Mövcud durumda «Azərpoçt» universal bank lisenziyası alarsa belə, qurum hələlik depozit və kredit əməliyyatları aparmağa hazır deyil. Çünki bunun üçün müəssisənin kifayət qədər dövriyyəsi yoxdur. Buna görə də «Azərpoçt» hələlik universal bank lisenziyası almaq niyyətində deyil. Belə bir məsələ yaxın gələcəkdə müzakirə oluna bilər», - deyə S.Kazımov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR