Bank Of Baku

İran Türkiyəyə çarter reyslərinə qadağa qoyub

İran Türkiyəyə çarter reyslərinə qadağa qoyub
# 14 dekabr 2011 13:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Türkiyəyə çarter reyslərinin həyata keçirilməsinə qadağa qoyub. APA-nın məlumatına görə, üzərində Türkiyə bayrağı olan təyyarələrin İrandan Türkiyəyə turist aparmasına icazə verilməyib.

Nəticədə Konya şəhərində düzənlənmiş 738-ci Beynəlxalq Mövlananı Anma Törənlərinə iranlı turistlər qatıla bilməyib. İranlı turistlər Şəbi-Arus mərasimləri üçün Konyaya edəcəkləri dörd günlük gəzinti üçün adambaşına 500 dollar ödəyirdi. Mərasimlərə hər il İrandan 1800 nəfər gəlirdi.

Çarter səfərlərinin dayandırılması səbəbindən iranlıların paket turları da ləğv olunub. Təyyarə və hotel ödənişləri səbəbindən 500 min dollarlıq borcu yaranan bəzi firmalar müflisləşmək təhlükəsi ilə üz-üzə qalıb. Hotel rəhbərləri bu vəziyyətin davam edəcəyi təqdirdə, Novruz bayramı mərasimlərinin düzənləndiyi mart ayında hotellərin boş qalacağından qorxur.

Qeyd edək ki, İran 2006-cı ildə də Antalya, Dalaman və Bodruma həyata keçirilən çarter səfərlərini qadağan etmiş, sonradan Tehrandan İzmirə çarter səfərlərinin edilməsinə icazə vermişdi. Qadağaya səbəb kimi yaz tətillərində Türkiyəyə gələn iranlı turistlərin İslam əxlaqına uyğun olmayan şəkillərinin bu ölkənin mətbuatında çıxması göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR