Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 4%, sərnişin daşınması isə 7% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 4%, sərnişin daşınması isə 7% artıb
# 15 dekabr 2011 07:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 186,3 mln. ton yük və 1,4 mlrd. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, keçən illə müqayisədə yük daşınması 3,5%, sərnişin daşınması isə 7,4% artıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə (TRACECA) yanvar-oktyabr aylarında 44,6 mln. ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 363,5 mln. manat gəlirin 34,2%-i dəmir yolu, 19,5%-i dəniz, 46,3%-i avtomobil nəqliyyatının işi hesabına yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR