Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan vəsaitin həcmi 28% artıb

Azərbaycanda əsas kapitala yatırılan vəsaitin həcmi 28% artıb
# 15 dekabr 2011 10:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 mlrd. manat həcmində vəsait yönəldilib, 6,1 mlrd. manatlıq tikinti-quraşdırma işləri görülüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsaslı vəsaitin 78,1%-ni və ya 7,8 mlrd. manatını daxili investisiyalar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 28,3%, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 18,5% artıb. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 47,1%-i, yaxud 4,7 mlrd. manatı sərf olunub.

İlin əvvəlindən ümumi sahəsi 1 579,8 min kv. metrə bərabər yaşayış evləri, 10 988 şagird yerlik ümumtəhsil məktəbləri, 99 çarpayılıq xəstəxana, növbədə 80 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində «Dərnəgül» metro stansiyası, müalicə-diaqnostika mərkəzi, «Kempinski Badamdar» hotel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZDMF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalanda «Çinar Hotel» kompleksi və «Qaşaltı» sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu, süd məhsulları kombinatı və şahmat məktəbi, İmişli rayonunda yem fabriki, bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda eksperimental poliqon və tədris mərkəzi, Quba rayonunda şahmat məktəbi, Xaçmaz rayonunda kondensator zavodu və şahmat məktəbi, Ağsu rayonunda çörək zavodu, şirə və şərab emalı zavodu, stadion, Ağdaş rayonunda Ağdaş-Ləki avtomobil yolu, Ucar rayonunda şahmat məktəbi, Qəbələ rayonunda beynəlxalq aeroport, Olimpiya İdman Kompleksi, limonad zavodu, «Qafqaz Sport Hotel» mehmanxanası, Şəki rayonunda şərab zavodu və «Green Hill Inn» mehmanxanası, Qax rayonunda avtovağzal kompleksi, «El Resort» mehmanxanası, Oğuz rayonunda qarğıdalı emalı zavodu və qlükoza istehsalı müəssisəsi və digər obyektlər istismara verilib.

İnşasına əvvəlki illərdə və cari ildə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 11 ay ərzində 3 940,6 mln. manatından istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR