Bank Of Baku

Azərbaycanın telekommunikasiya bazarı MDB-də beşinci yeri tutur

Azərbaycanın telekommunikasiya bazarı MDB-də beşinci yeri tutur
# 15 dekabr 2011 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın telekommunikasiya bazarı MDB ölkələrinin (Rusiya istisna olmaqla) bazarları arasında beşinci yeri tutur.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə PMR analitik agentliyinin hazırladığı «2011-ci ildə MDB ölkələrində telekommunikasiya bazarı» adlı hesabatda bildirilir.

MDB ölkələrinin üç iri telekommunikasiya bazarına Ukrayna, Qazaxıstan və Belarus bazarları daxildir. İlk beşliyi isə Özbəkistan və Azərbaycan tamamlayır.

Hesabata əsasən, adambaşına düşən gəlirlər üzrə Qazaxıstan, Moldova, Azərbaycan və Belarus regional liderlərdir, halbuki Ukrayna bu göstərici üzrə yeddinci pillədə qərarlaşıb:
«Ukraynada, məsələn, mobil rabitə və internet xidmətlərinin qiyməti MDB ölkələrində ən aşağı qiymətlərdən biridir. Bu ölkədə nisbətən təsbit edilmiş telefon rabitəsi şəbəkələri yaxşı inkişaf edib, bununla bağlı həcm üzrə rabitə xidmətlərindən istifadə həcmi Azərbaycan və Qazaxıstandan böyükdür. Hər iki ölkədə adambaşına düşən gəlirlər daha çoxdur».

PMR-in hesablamalarına görə, MDB ölkələrində telekommunikasiya xidmətləri bazarı 2012-ci ildə 5,5% artacaq. Bu, əsasən mobil rabitə operatorlarının gəlirlərinin artması ilə şərtlənəcək.

MDB ölkələrində və Gürcüstanda telekommunikasiya xidmətləri bazarının ümumi həcmi 2010-cu ildə 11 mlrd. ABŞ dollarına yaxınlaşıb ki, bu da illik hesabatda 10% artım deməkdir: «Bazar 2011-ci ildə 10,5 mlrd. avroyadək, yəni təxminən illik hesablamalarda 4,5% azalıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR