Bank Of Baku

Azərbaycanda yeni tikililər noyabrda daha da ucuzlaşıb

Azərbaycanda yeni tikililər noyabrda daha da ucuzlaşıb
# 15 dekabr 2011 12:13 (UTC +04:00)
«Ötən aylarda olduğu kimi alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilməsi, qeydiyyatdan keçən yeni tikililərin sayının nisbətən artması, satış şərtlərində kredit müddətinin uzadılması, ilkin ödənişlərin minimuma endirilməsi və bu kimi digər addımlar bazarın bu seqmentində nisbi aktivliyin saxlanmasına səbəb olub», - deyə hesabatda bildirilir.

Birlikdən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, ötən ay bəzi amillər, o cümlədən alqı-satqı agentliklərinə müraciətlərin sayında azalmanın müşahidə edilməsi ilkin bazarda tələbatın aşağı düşməsini deməyə əsas verib: «Rieltorların sözlərinə görə, əgər yay aylarında hər bir alqı-satqı ofisinə gün ərzində 4-6 zəng olurdusa, ilin sonuna doğru bu zənglərin sayı 0,8-1,0-a qədər azalıb».

Beləliklə, ilin sonuna doğru Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırmaya məruz qalan hündür mərtəbəli yaşayış binalarının sayı və tikinti şirkətlərinin sayı dəyişməyib (müvafiq olaraq 424 bina və 152 tikinti şirkəti).

Ötən ay ilkin bazarda mənzillərin orta qiyməti 1,1% azalaraq 837 manat/1 kv. m-dən 827,7 manat/1 kv. m-ə enib. Ucuzlaşma ötən ilin eyni dövrü ilə müqayisədə 2,4%, 2008-ci ilin sentyabr ayı (böhran dövrünün başlanğıcı) ilə müqayisədə isə 30,7% təşkil edib.

Noyabr ayı ərzində, yeni tikililərdə ötən aylardakı kimi 3 otaqlı mənzillər üstünlük təşkil edib, 5 otaqlı mənzillər isə əsasən şəhərin I zonasında üstünlük təşkil edir, 1 otaqlı mənzillər - daha çox III zonanın payına düşür. Bununla yanaşı bildirilir ki, 1 otaqlı mənzillərin orta sahəsi 60,7 kv. m, 2 otaqlıların 92,11 kv. m, 3 otaqlıların 131,8 kv. m, 4 otaqlıların 182,9 kv. m, 5 otaqlıların isə 238,3 kv. m təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR