Birliyin məlumatına görə, idxal məhsulları üzrə baş verən qiymət azalmasını ötən aylara nisbətən ilin sonuna doğru alıcı kütləsinin nisbi zəifləməsi, ötən aylardan müşahidə edilən qiymət artımının nisbətən əvvəlki vəziyyətinə qayıtması ilə əlaqələndirmək olar: «Mövsümi amillərlə bağlı olaraq alıcı passivliyinin hiss olunması bazarda tikinti materiallarının bolluğuna səbəb olub ki, bu amil də qiymət azalmasına təsirsiz ötüşməyib».
Nəticədə, 2011-ci ilin noyabrında qiymətlərin azalması 2,67% təşkil edib. Hazırda qiymətlər ilin əvvəli ilə müqayisədə 16,2%, 2010-cu ilin noyabrı ilə müqayisədə 19,1% yüksəkdir.
Noyabrda qiymət artımı müşahidə edilən tikinti materialları (%):
DSP | +16,3 | Künyə | +1,4 |
DVP | +20,0 | Şveller | +2,2 |
Noyabrda qiymət azalması müşahidə edilən tikinti materialları (%):
Mişar daşı | -0,8 | Dəmir boru | -2,9 |
Qum | -4,1 | Dəmir təbəqə | -5,9 |
Çınqıl | -12,5 | Sink təbəqə | -3,3 |
Taxta | -2,2 | Katinka | -12,5 |
Şifer | -0,9 | Şüşə | -0,4 |
İzolyasiya | -15,0 |
|
|
* Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb