Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında kredit sazişi imzalanıb

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında kredit sazişi imzalanıb
# 15 dekabr 2011 13:57 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu gün nəqliyyat naziri Ziya Məmmədov AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Oliver Dekampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi bu tədbirdə hər iki nazirin və bankın nümayəndəsinin imzası ilə yeni kredit sazişi imzalanıb.

AYİB-in Azərbaycandakı yolların inkişafı üçün Azərbaycan hökumətinə ayırdığı 250 mln. ABŞ dolları məbləğində kredit, əhəmiyyətli regional dəhlizlərinə çıxışı təmin edən mühüm magistral yolların yenidən qurulmasını nəzərdə tutur. Bu vəsait, eyni məbləğdə əlavə daha iki sərmayənin ayrılması ilə ümbmilikdə 750 mln. ABŞ dollarına çatdırılacaq.

Regional yolların yenidən qurulmasında məqsəd, ölkənin regionları arasında nəqliyyat və daşınma əlaqələrini səmərəli şəkildə inkişaf etdirməklə əsas dəhlizlərə çıxışını təmin etmək və hökumətin iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasına dəstək verməkdir.

AYİB-in ayırdığı 250 mln. dollar məbləğində birinci kredit tranşı yolların mühafizəsi, səmərəli ödəniş sisteminin yaradılması və nəqliyyatın təhlükəsizliyi və səmərəliliyinin artırılması təşəbbüsünün həyata keçirilməsinə şərait yaradır. Bu təşəbbüslərin uğurlu icrası gələcəkdə AYİB-in Direktorlar Şurasının ayrıca təsdiqini tələb edən buna bənzər yol layihələri üzrə sərmayələrin ayrılmasına təkan verəcək.

Azərbaycan hökuməti ilə birgə bu müqaviləyə imza atan O.Dekamp qeyd edib ki, AYİB-in regional yolların yenidən qurulmasına ayırdığı maliyyə Azərbaycanın daha ucqar ərazilərinə çıxışın asanlaşdırılması ilə yanaşı, iqtisadiyyatın daha da şaxələndiriməsi və davamlı inkişaf etdirilməsi strategiyaya töhfə verəcək. Yeni vəsaitin, məhz, Mingəçevir-Bəhrəmtəpə yolunun yenidən qurulması üçün istifadə olunması nəzərdə tutulur. Yolun 156 km-lik hissəsinin müasir tələblərə uyğun təmiri kənd ərazilərinə yaşayan təxminən yarım milyonluq əhalinin nəqliyyat xətlərini təkmilləşdirəcək və Bakı ilə Gürcüstan sərhədi arasında olan beynəlxalq magistrala çıxışı təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR