Bank Of Baku

«Akkord» Gürcüstanda «İlin şirkəti» adına layiq görülüb - FOTO

«Akkord» Gürcüstanda «İlin şirkəti» adına layiq görülüb - <font color=red>FOTO</font>
# 15 dekabr 2011 15:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası»nın Gürcüstanda fəaliyyət göstərən törəmə şirkəti «Akkord-Georgia» 2011-ci ilin yekunlarına əsasən, yol-tikinti sahəsində «İlin şirkəti» elan edilib. Bu barədə «APA-Economics»ə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası»nın İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Afaq Quliyeva məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın baş naziri Nika Qilauri başda olmaqla hökumət, yerli və xarici biznes qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə bu barədə Gürcüstanın regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili bəyan edib. Tədbir zamanı mükafat və müvafiq diplom nazir tərəfindən «Akkord-Georgia»nın rəhbərliyinə təqdim olunub.

«Akkord-Georgia» Gürcüstanda artıq 3 ildir ki, fəaliyyət göstərir və indiyədək burada bir neçə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Bu layihələrdən biri şirkətin 2010-cu ildə təhvil verdiyi asfalt örtüklü Tsalka-Nardevani yolunun tikintisidir ki, 15 km-lik həmin yolu və yol üzərindəki 1 körpünün tikintisini «Akkord» qısa vaxt ərzində istifadəyə verib.

Şirkətin Gürcüstanda icra etdiyi ən əhəmiyyətli layihə isə bu ölkəni Rusiya və Türkiyə ilə birləşdirən əsas magistral yolun tərkib hissəsi - Sveneti-Ruisi yolunun tikintisi ilə bağlıdır. Layihə üzrə 15 km-lik beton yol, 780 metrlik ikitərəfli tunel və 877 metrlik estakada-körpünün tikintisini həyata keçirən «Akkord-Georgia» həm beton yolun, həm də ikitərəfli tunelin tikintisini bu ilin noyabr ayında başa çatdırıb.

Qeyd edək ki, «Akkord-Georgia» Gürcüstanın ucqar bölgələrinə doğru uzanan yolların tikintisində də iştirak edir. Ötən dövr ərzində şirkət Tbilisi-Tianeti, Kutaisi-Tsxaltubo-Tsaqeli-Lentexi-Lasdili və Kutasi-Tkibuli-Ambrolauri yollarının yenidənqurma işlərinə start verib. Bu layihələrdən ikisi (Tbilisi-Tianeti və Kutaisi-Tsxaltubo-Tsaqeli-Lentexi-Lasdili yolunun tikintisi) artıq tamamlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR