Bank Of Baku

Bakı-Moskva aviabiletləri ucuzlaşıb

Bakı-Moskva aviabiletləri ucuzlaşıb
# 16 dekabr 2011 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Moskva-Bakı marşrutu ilə yerinə yetirlən reyslər üzrə xüsusi aksiya keçirir.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar olaraq, Bakı-Moskva-Bakı istiqaməti üzrə aviabiletlər 203 manatdan, Bakı-Moskva marşrutu üzrə biletlər isə 109 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb.

Bundan öncə AZAL-da Bakı-Moskva-Bakı marşrutu üzrə bir aviabiletin minimal qiyməti 260 manat, Bakı-Moskva istiqaməti üzrə isə 140 manat olub.

Qeyd edək ki, hazırda sözügedən marşrut üzrə uçuşları Rusiyanın «Aeroflot» aviaşirkəti də yerinə yetirir. «Aeroflot»un Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda Bakı-Moskva-Bakı istiqaməti üzrə bir aviabiletin minimal qiyməti 250 manat, bir istiqamətə isə 140 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR