Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 1,5 dəfə artıb

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 1,5 dəfə artıb
# 16 dekabr 2011 09:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 11 ayında Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə artıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-noyabr aylarında bütövlükdə respublika üzrə 134 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Sumqayıt şəhəri üzrə 9 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur.

Komitədən bildirilib ki, son dövrlər ƏMDK tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, hüquqi və fiziki şəxslərə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatına dair hüquqi məlumatın verilməsi, insanları narahat edən məsələlərin operativ araşdırılaraq obyektiv həllinə xüsusi önəm verilir: «Artıq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mövcud qaydaların sadələşdirilməsi sahəsində tədbirlər görülüb, hazır sənədlərin vətəndaşlara təqdimetmə müddətləri azaldılıb. Habelə qeydiyyat zamanı qanunvericilikdə müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin istənilməsi halları aradan qaldırılıb. Nəticədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün müraciət edən vətəndaşların sayı günbəgün çoxalır».

Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində elektron xidmətlərin göstərilməsi ilə də bağlı müvafiq işlər aparılır. Bu məqsədlə ərazi qeydiyyat idarələri müasir tələblərə cavab verən binalarla və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub, daşınmaz əmlaklara dair elektron arxivlər yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR