Sumqayıtın rəqəmsal kadastr xəritəsi hazırlanacaq
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) «APA-Economics»ə verilən məlumata görə, komitənin mərkəzi aparatı və müvafiq qurumlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, habelə layihəyə cəlb olunmuş özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, layihəyə əsasən, Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur.
Qeyd edək ki, ƏMDK “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” dövlət başçısının fərmanı və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq elektron xidmətlərin tətbiqi ilə bağlı tədbirlərə başlayıb. Daşınmaz əmlaka dair sənədlərin verilməsinin elektron xidmətə keçirilməsi məqsədilə çevik və etibarlı informasiya mübadiləsinə imkan verən daşınmaz əmlakın qeydiyyatı üzrə məlumat-axtarış bazası olmalı, eyni zamanda bütün daşınmaz əmlaklar barədə müasir geoinformasiya texnologiyaları əsasında mərkəzləşdirilmiş və vahid kadastr məlumat bazasının, daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması vacibdir.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması ilə bağlı dövlət başçısının fərmanına əsasən, ƏMDK tərəfindən müvafiq işlər həyata keçirilir. İri sənaye şəhərlərinin inkişafı ilə bağlı tapşırıqlara əsasən rəqəmsal kadastr xəritələrinin hazırlanması ilk növbədə Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə nəzərdə tutulur. Bu məqsədlə Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması məqsədilə açıq tender elan edilib. Tenderin qalibi olan Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti arasında müvafiq müqavilə imzalanıb.
Təqdimat mərasimində layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Belə ki, layihə çərçivəsində “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş” şirkəti tərəfindən kameral və çöl ölçmə işləri həyata keçiriləcək və bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi yerləşmə vəziyyətləri müəyyən ediləcək.
Qeyd edək ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək bu layihənin 12 ay müddətində başa çatdırılması nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək. Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq