Bank Of Baku

«Bakcell» Yeni il lotereyası keçirir

«Bakcell» Yeni il lotereyası keçirir
# 16 dekabr 2011 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti Yeni il bayramı ərəfəsində yeni lotereyaya start verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Bakcell» şirkəti «Cin», «Klass» və «Gold» abunəçiləri üçün yeni «Alıb yoxla, tapıb topla» lotereyasına başlayır. Lotereya gələn ilin yanvarın 10-dək davam edəcək.
Lotereyada iştirak etmək üçün «Cin» abunəçiləri bir ədəd 1 AZN, iki ədəd 2 AZN və bir ədəd 6 AZN, «Klass» və «Gold» abunəçiləri isə üç ədəd 5 AZN və bir ədəd 10 AZN dəyərində 4 danışıq kartı toplamalıdır. Hər kartın üzərində yerləşdirilmiş şəkil lotereyanın bir ümumi şəkilini əmələ gətirir. Kampaniyada iştirak etmək üçün 4 kartdan ibarət olan şəkli toplamaq, hədiyyəni qazanmaq üçün isə kartın arxasında yerləşən əlavə şifrə panelində boyanın altında müvafiq hədiyyənin adını tapmaq lazımdır.

Lotereyada iştirak edən «Bakcell» abunəçiləri noutbuklar, mobil telefonlar, «iPad», «iPod», USB modemləri və çoxsaylı ödəmə və internet kartlarına sahib ola biləcək. Lotereyanın əsas mükafatı isə «Mercedes-Benz C250» markalı avtomobildir.

Abunəçilər istifadə etdiyi ödəmə kartlarını yüklədikdən sonra tullamayıb, «Alıb yoxla, tapıb topla» lotereyasında iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR