Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta haqları müəyyənləşdirilib

Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta haqları müəyyənləşdirilib
# 17 dekabr 2011 14:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sığorta haqlarının məbləği əmlakın istismar olunduğu sahənin hansı iqtisadi fəaliyyət növünə aid olmasından və həmin fəaliyyətin hansı risk qrupuna aid olmasından asılıdır.

Belə ki, I risk qrupuna aid olan fəaliyyət növündə sığorta haqqı 30 manat, II risk qrupunda 60 manat, III risk qrupunda 90 manat, IV risk qrupunda isə 120 manat nəzərdə tutulur. Qeyd edək ki, ən riskli sahələr IV, ən az riskli sahələr isə I qrupa aid edilib.

Nazirlikdən bildirilib ki, I qrupa maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, II risk qrupuna inzibati və yardımçı xidmətlərin göstərilməsi, təhsil, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, digər sahələrdə xidmətlərin göstərilməsi, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət aiddir. Eyni zamanda qeyd olunur ki, III risk qrupuna kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, nəqliyyat və anbar təsərrüfatı, topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi, IV risk qrupuna isə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, mədənçıxarma sənayesi və tikinti sahələri aiddir.

Qeyd edək ki, daşınmaz əmlakın istismar edilməsi ilə bağlı mülki məsuliyyətin sığortası onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində zərərçəkən üçüncü şəxslərin (məsələn, qonşuların) sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi daşıyır. Bura elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri, qaz partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər hadisələr aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR