Bank Of Baku

Bakıda gömrük sahəsində mobil nəzarətlə bağlı seminar keçirilib

Bakıda gömrük sahəsində mobil nəzarətlə bağlı seminar keçirilib
# 17 dekabr 2011 15:20 (UTC +04:00)
Bakı – APA. Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində gömrük sahəsində mobil nəzarətlə bağlı seminar keçirilib. Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, seminarda Komitə və yerli gömrük orqanlarının mobil nəzarət sahəsində çalışan əməkdaşları iştirak ediblər.

DGK-nin Xarici əlaqələr İdarəsinin rəisi D.Fərzəliyev Azərbaycan tərəfinin Avstriya Federal Maliyyə Nazirliyi ilə gömrük sahəsində əməkdaşlığına toxunaraq, indiyədək avstriyalı gömrükçülərlə bir neçə məsələ ətrafında təcrübə mübadiləsinin aparıldığını bildirib. İdarə rəisinin sözlərinə görə, mobil nəzarət sahəsində Avstriya təcrübəsinin öyrənilməsi məqsədilə keçirilən seminar hər iki tərəf üçün faydalı olacaq.

Tədbirdə həmçinin mobil avadanlıqlarla bağlı Avstriya metodunun təqdimatı keçirilib.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR