Bank Of Baku

«Eurovision-2012»nin rəsmi milli veb-saytı hazırlanır

«Eurovision-2012»nin rəsmi milli veb-saytı hazırlanır
# 17 dekabr 2011 16:44 (UTC +04:00)
«Eurovision-2012» işçi qrupundan APA-ya verilən məlumata görə, hazırda veb-saytın dizaynı üzərində iş gedir.
Saytda (www.eurovision.az) müsabiqəyə hazırlıla bağlı ən son məlumatlar, milli seçim turlarına dair operativ xəbərlər, «Eurovision» mahnı müsabiqəsi haqqında reportajlar, foto və video materiallar təqdim olunacaq.
«Eurovision» mahnı müsabiqəsinin rəsmi milli saytında xəbərlərlə yanaşı, həmçinin Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası və s. haqqında məlumatlar yer alacaq. Bununla yanaşı, müsabiqənin keçiriləcəyi paytaxt - Bakı şəhəri barədə turistlər üçün maraqlı və faydalı informasiya yerləşdiriləcək.
Qeyd edək ki, Avropa Yayımları Birliyinin (EBU) nümayəndələri ilə keçirilmiş son iclasda saytın hazırlıqları ilə bağlı məsələlər müzakirələr olunub. Saytın tezliklə təqdim edilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR