Bank Of Baku

Azərbaycanda həyata keçirilən inşaat işləri son bir ildə 30% artıb

Azərbaycanda həyata keçirilən inşaat işləri son bir ildə 30% artıb
# 19 dekabr 2011 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin analoji dövrünü 29,1% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 76,3%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,3%-ni əsaslı təmir, 2,9%-ni cari təmir, 4,5%-ni isə sair tikinti işləri təşkil edib.

«Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 25,2%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 74,8%-ni həyata keçirib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR