Bank Of Baku

Azərbaycan «Facebook» reytinqində iki pillə geriləyib

Azərbaycan «Facebook» reytinqində iki pillə geriləyib
# 19 dekabr 2011 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzi növbəti dəfə «Facebook» istifadəçilərinin ölkələr üzrə sayını açıqlayıb. «APA-Economics»in məlumatına görə, hazırda «Facebook» istifadəçilərinin ümumi sayı 799 mln. nəfəri ötüb. Sözügedən şəbəkədən istifadə edənlərin sayına görə ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Braziliya və Meksika daxildir.

Azərbaycana gəldikdə isə, ölkədə «Facebook» istifadəçilərinin sayı 600 min nəfəri ötüb. Son 3 ay ərzində sosial şəbəkənin Azərbaycandan olan istifadəçilərinin sayı 100 mindən çox (20%) artıb. Ölkəmiz dünya reytinqində mövqeyi oktyabrın əvvəli ilə müqayisədə iki bənd geriləyərək 91-ci yerdə qərarlaşıb. Son 3 ayda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 1,2% artıb ki, bu da ölkə əhalisinin 7,3%-ni təşkil edir.

«Facebook» istifadəçilərinin ümumi sayı arasında kişilər 64%, qadınlar isə 36% təşkil edir. Say baxımından ilk yeri 18-24 yaşlı (47%), ikinci yeri 25-34 yaşlı (23%), üçüncü yeri isə 16-17 yaşlı (12%) istifadəçilər təşkil edir.

«Facebook» istifadəçilərinin sayına görə Azərbaycan MDB məkanında Qazaxıstan (362 260 istifadəçi), Belarus (354 520), Moldova (221 220), Ermənistan (242 300), Özbəkistan (106 080), Qırğızıstan (64 620), Tacikistan (26 820) və Türkmənistan (12 020) kimi ölkələri qabaqlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR