Bank Of Baku

Bakı-Minvodı aviareysi üzrə xüsusi tarif aksiyası keçirilir

Bakı-Minvodı aviareysi üzrə xüsusi tarif aksiyası keçirilir
# 19 dekabr 2011 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Mineralnıye Vodı marşrutu üzrə birbaşa sərnişin aviareysi üzrə xüsusi tarif aksiyası keçirir.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar Bakı-Minvodı-Bakı marşrutu üzrə aviabiletlərə xüsusi tarif aksiyası keçirilir: «Sözügedən marşrut üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 137 manat, Bakıdan Minvoda 79 manat, Minvodı-Bakı marşrutu üzrə isə 58 manat təşkil edir. Artıq bilet satışına başlanılıb və göstərilən qiymətlərə bütün vergi və yığımlar daxildir».

Qeyd edək ki, Bakı-Minvodı marşrutu üzrə uçuşlar hər həftənin I və III günləri saat 14:10-da «Airbus A-320» təyyarəsi ilə həyata keçirilir.

Xatırladaq ki, bundan öncə Bakı-Minvodı-Bakı aviaresinə biletin minimal qiyməti 200 manatdan artıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR