Bank Of Baku

Xarici investorların Londonun daşınmaz əmlakına marağı artıb

Xarici investorların Londonun daşınmaz əmlakına marağı artıb
# 19 dekabr 2011 09:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Küveyt hökumətinin Britaniyadakı investisiya bölməsi olan «St.Martins Property Investments Ltd.» şirkəti London Fond Birjasının 2004-cü ilədək yerləşdiyi binanı alıb. «APA-Economics»in «Arabian Business»ə istinadən verdiyi məlumata görə, sahəsi 20 min kv. metr olan bina küveytli investorlara 271 mln. dollara başa gəlib.

Kembric Universitetinin noyabrda apardığı araşdırmalara görə, London Sitidəki (Londonun işgüzar hissəsi) ofis obyektlərinin 52%-i xarici investorlara məxsusdur. Müqayisə üçün bildirək ki, 1980-ci illərin sonunda bu rəqəm cəmi 8% təşkil edib.

Xaricilər Londondakı yaşayış evlərinə də böyük maraq göstərirlər. «Lloyds TSB» bankının apardığı araşdırmalara görə, 2010-cu ildə qiyməti 1 mln. funt sterlinq olan obyektlərin satışı 2007-ci ildə müşahidə olunan ən yüksək həddi keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR