Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 19 dekabr 2011 11:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2011-ci ilin noyabr ayı üzrə 36,5% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin oktyabrında indikator 78,3%, sentyabrda 324,6%, avqustda 51,7%, iyulda 92,3%, iyunda 90,3%, mayda 195,8%, apreldə 39%, martda 129,6%, fevralda 193,5%, yanvarda 37,5%, ötən ilin dekabr ayında isə 102,4%-ə bərabər olub.

CSI indikatoru hesabat ayı ərzində ölkədə mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın analoji göstəricisinə nisbəti kimi hesablanır. Beləliklə, noyabr ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 2,2 dəfə azalıb:



Göründüyü kimi, mənzil tikintisinə yönəldilən vəsaitlərin və CSI indikatorunun dinamikasında aylıq müqayisədə böyük dəyişkənlik müşahidə olunur ki, bunun əsas səbəbi bir sıra subyektiv amillər, həmçinin mövsümi amil ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR