Bank Of Baku

Azərbaycan elektron avadanlıqların istehsalını artırıb

Azərbaycan elektron avadanlıqların istehsalını artırıb
# 19 dekabr 2011 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 151,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 46,5% artıb. Belə ki, hesabat dövründə kompüter və digər elektron avadanlıqların istehsalı 30,2% artıb, elektrik avadanlıqların istehsalı isə 2,3% azalıb. «Yanvar-noyabr ayları ərzində 320 ədəd güc transformatoru, 136 ədəd elektrik mühərriki istehsal edilib, televizorlar istehsalında 2,1 dəfə, məişət soyuducularında 25,7% artım müşahidə olunub», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 2011-ci il dekabrın 1-nə müəssisələrin anbarlarında 9,2 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,7%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR