«Facebook» reklam gəlirlərini öz istifadəçiləri ilə bölüşə bilər
ABŞ-ın Kaliforniya ştatının məhkəməsi «Facebook» sosial şəbəkəsində «like» düyməsindən istifadəni qanunsuz hesab edə bilər. Xatırladaq ki, istifadəçilər bu düymə vasitəsilə xoşladıqları mal və xidmətləri dostlarına da məsləhət görürlər. 2011-ci ilin əvvəlindən tətbiq olunan bu kampaniya «Sponsored Stories» adlanır və bu kampaniya vasitəsilə yazılarında hansısa brendi xatırlatmış adi istifadəçilərin yazıları və məsləhətləri reklam məqsədləri ilə istifadə olunur. Kampaniyaya əsasən brendin adı nə qədər çox xatırlansa, yəni «like» düyməsi nə qədər çox sıxılsa, reklam haqqı da artır (cost-per-click).
«Facebook» rəhbərliyi bir qədər əvvəl bu funksiyanın reklam bazarında əsl yeniliyə səbəb olduğunu və mövsümün hitinə çevrildiyini bildirib. «Facebook»un yaradıcısı və sahibi Mark Tsukerberq də etiraf edib ki, «insanlara heç nə onların dostlarının məsləhəti qədər güclü təsir etmir». Şəbəkənin əməliyyat direktoru Şeril Sendberq isə deyib ki, istifadəçilərin bu düyməni sıxması reklama diqqəti 2 dəfə, malın alınması ehtimalını isə 3 dəfə artırır. Nəticədə şirkətin gəlirlərinin 90%-i reklamdan əldə olunur, son proqnozlara görə isə 2012-ci ildə «Facebook»un reklam gəlirləri 2011-ci ildəki 4,27 mlrd. dollara qarşı 6,9 mlrd. dollar olacaq.
İndi isə məlum olub ki, «Facebook» yeni üsul hesabına artan gəlirlərinin bir hissəsini “like” düyməsini sıxanlarla bölüşməli olacaq. Belə ki, bir qədər əvvəl Kaliforniya məhkəməsinə «Facebook» istifadəçilərinin bir qrupu tərəfindən kollektiv iddia daxil olub. İddiada bildirilir ki, qanunvericiliyə əsasən, insanların onlarının adlarının və şəkillərinin kommersiya məqsədilə istifadə edildiyinə nəzarət etmək hüququ var.
Bu iddiaya etiraz edən «Facebook» rəhbərliyi məhkəməyə müraciət edərək, iddianı təmin etməməyə çağırsa da, məhkəmə şəbəkə rəhbərliyinin xahişini rədd edib. Nəticədə indi «Facebook» Kaliforniyada ticarət haqqında qanunların pozulmasında günahlandırıla bilər.
Məsələnin məğzi milyonlarla istifadəçinin xəbəri olmadan onların adlarının reklam məqsədilə istifadə olunmasındadır. İlkin hüquqi qiymətləndirmələr iddiaçı tərəfin arqumentlərinin güclü olduğunu göstərir. Əgər bu sübut olunsa, «Facebook»u milyonlarla istifadəçinin məhkəmə iddiaları gözləyir, ya da şəbəkə reklamdan - “like” düyməsinin sıxılmasından əldə etdiyi gəlirləri bu düyməni sıxanlarla bölüşməli ola bilər. Dairə məhkəməsinin hakimi Lyusi Kox desab edir ki, «iddiaçıların hansısa malı və ya xidməti təriflədiklərinə görə əldə olunan reklam gəlirlərindən pay almaq iddiası məntiqə zidd deyil».
Məhkəmə araşdırmasına əsas verən maraqlı arqument də var. Belə ki, iddia qaldıran «Facebook» istifadəçiləri bildirir ki, onlar şəbəkəyə qoşulanda «Sponsored Stories» kampaniyası başlamamışdı və onlar bu kampaniyada iştirak etməyə icazə verməmişdilər. Bəzi istifadəçilər başqa saytlardakı «like» düyməsini yalnız ona görə sıxıblar ki, malı və ya xidməti güzəştlə ala bilsinlər. Hələlik şəbəkə rəhbərliyi hakimin qərarını şərh etməyib.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq