“Akkord” Korporasiyası yeni beynəlxalq sertifikatlara layiq görülüb
ASC-nin İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Afaq Quliyeva “APA-Economics”ə bildirib ki, yaranmasından ötən 6 il ərzində əldə etdiyi nailiyyətlərlə nəinki ölkə daxilində, həmçinin yaxın və uzaq xarici ölkələrdə tanınan və qəbul edilən korporasiya öz fəaliyyətində ən yüksək beynəlxalq standartlar səviyyəsinə nail olmaq üçün səylə çalışmaqda və uğurlarının sırasını gündən-günə genişləndirməkdədir. Bu məqsədlə davamlı şəkildə Avropanın aparıcı biznes strukturları, reytinq agentlikləri, keyfiyyət və idarəetmənin müasir standartlarını müəyyənləşdirən qurumlarla qarşılıqlı münasibətlər yaradan Korporasiya artıq bu əməkdaşlığın real nəticələrini əldə edir.
2007-ci ildən etibarən beton, asfalt, kərpic və təbii daşlardan məmulatlar istehsalı, körpü-tunel və yol tikintisi, sənaye-mülki təyinatlı binaların layihələndirilməsi və tikintisi sahəsində beynəlxalq İSO 9001:2008 standartının tətbiqinə nail olmuş “Akkord” Korporasiyası bu gün də müxtəlif fəaliyyət istiqamətlərini ən yüksək tələblərə cavab verəcək səviyyədə qurmaq əzmini nümayiş etdirir.
2011-ci ilin ortalarında korporativ idarəetmə standartlarının tətbiqini davam etdirməklə yeni təşkilati idarəetmə strukturunun formalaşdırılmasını başa çatdıran “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC cari ilin sonlarına doğru beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb və beynəlxalq SGS şirkəti tərəfindən keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə İSO 14001:2004 sertifikatlarına layiq görülüb.
Bu sertifikatlar Korporasiyaya müvafiq sahələrdə əldə etdiyi yüksək nailiyyətlərə görə təqdim edilib.
Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə İSO 14001:2004 sertifikatlarının alınması üçün SGS şirkətinin nümayəndələri Korporasiyaya 2011-ci ilin oktyabr ayında dəvət olunmuşlar. Sözügedən məsələlər üzrə real vəziyyətin öyrənilməsi üçün “Akkord”un müxtəlif tikinti və istehsal sahələrində olan nümayəndə heyəti araşdırılan məsələlər üzrə Korporasiyaya tövsiyə xarakterli sənəd təqdim edib. Bundan sonrakı bir ay ərzində bu tövsiyələrin yerinə yetirilməsi istiqamətində ciddi iş aparılıb və noyabr ayının 21-23-də SGS nümayəndələri tərəfindən keçirilən yekun audit “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin öz fəaliyyətini Əməyin Mühafizəsinin İdarəetmə Sistemləri üzrə 18001:2007 və Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemləri üzrə 14001:2004 sertifikatlarının tələblərinə tam şəkildə uyğunlaşdırdığını rəsmi şəkildə təsdiq edib. Beləliklə, Korporasiya bütün dünyanın qəbul etdiyi ali standartlar səviyyəsində fəaliyyət göstərmək məqsədinin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, ötən il SGS şirkəti tərəfindən “Akkord”un 2007-ci ildən bəri beton, asfalt, kərpic və təbii daşlardan məmulatlar istehsalı, körpü-tunel və yol tikintisi, sənaye-mülki təyinatlı binaların layihələndirilməsi və tikintisi sahəsində beynəlxalq İSO 9001:2008 sertifikatının tələblərindən doğan fəaliyyətinin də auditi aparılıb. Yekun nəticəyə əsasən, resertifikasiya aparılaraq bu fəaliyyətin sözügedən sənədin tələblərinə tam şəkildə uyğun olduğu təsdiq edilib və sertifikatın müddəti 2014-cü ilədək uzadılıb.
Diqqətəlayiq faktdır ki, hər zaman yenilikçi ruhu ilə seçilən və mütərəqqi istiqamətlərin dəyərləndirilməsində xüsusilə seçilən “Akkord”un 2011-ci ilin sonlarına doğru əldə etdiyi beynəlxalq sertifikatlar, bir növ, son iki il ərzində əldə edilən uğurların məntiqi davamına çevrilib. Belə ki, hələ ötən ilin ortalarından etibarən “Akkord”un struktur və idarəetmə sistemlərində tətbiq edilən müxtəlif yeniliklər qısa vaxt ərzində icra edilən layihələrin keyfiyyət və sürətinin daha da yüksəlməsinə səbəb olmuşdu.
Yeni strukturda Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin, Risklərin İdarəedilməsi Komitəsinin və digər struktur vahidlərinin fəaliyyət qaydaları əsasnamələrə və qaydalara müvafiq həyata keçirilməklə müasir tələblərə uyğunlaşdırılıb. Risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Akkord Korporasiyası daxili nəzarət funksiyasını gücləndirərək daha da genişləndirmişdir. Həmçinin maliyyə və İT risklərinin, əməliyyat risklərinin, layihə idarəetmə və s. risklərin qiymətləndirilməsi, tənzimlənməsi mexanizmləri tətbiq edilmişdir. Bundan başqa, Korporasiyada investisiya siyasətinin təkmilləşdirilməsi və açıq tender prosedurlarının tətbiqi həyata keçirilmişdir.
Korporasiyada Daxili Audit Funksiyası da əsaslı təkmilləşdirilmişdir. Cari ildə ASC-nin 2010-cu il üzrə illik və 2011-ci ilin altı ayı üzrə yarımillik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanması və Mak Azerbaijan Ltd. (Crowe Horwath Business Alliance üzvü olmaqla audit və konsaltinq şirkətlərinin qlobal reytinqində böyük onluğa daxildir) tərəfindən yoxlanılması müvəffəqiyyətlə başa çatdırılmışdır. Ümumilikdə, Akkord Korporasiyasının 2007, 2008, 2009, 2010-cu illərin və 2011-ci ilin 6 (altı) ayının yekunlarına görə maliyyə hesabatları MHBS-a uyğun hazırlanıb və “Mak Azerbaijan Ltd.” audit firmasının yoxlamasından keçmişdir.
Eyni zamanda maliyyə hesabatlarının növbəti auditini aparmaq məqsədilə “Akkord” Korporasiyası tərəfindən dünyanın audit və konsaltinq şirkətlərinin “böyük dördlüyü”nə daxil olan “Deloitte & Touche” şirkəti ilə müqavilə bağlanıbdır.
Cari ilin ortalarına doğru bir çox istiqamət üzrə əldə edilən nailiyyətlərlə Avropanın aparıcı biznes qurumlarının da diqqətini cəlb etmiş korporasiya nüfuzlu beynəlxalq mükafatlara - Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının və Paris şəhərində Biznesin Liderləri Klubunun ali diplomlarına, Korporasiyanın rəhbəri Xaqani Quluzadə isə, “İlin top meneceri” diplomuna və medalına layiq görülmüşdür.
Xüsusilə önəmli fakt kimi qeyd edilməlidir ki, 2011-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə beynəlxalq reytinqin alınması üçün danışıqlara da başlanılmış və bu məqsədlə “Fitch” reytinq agentliyi ilə müqavilə bağlanıb. Noyabrın 29-da Akkord Korporasiyasının baş ofisində “Fitch” agentliyinin London ofisindən olan analitiklər qrupu Akkord Korporasiyasının İdarə Heyəti ilə işçi görüşü (“management meeting”) keçirib. Görüşdə “Akkord” Korporasiyasının İdarə Heyətinin üzvləri Korporasiyanın bütün fəaliyyət istiqamətləri, hazırkı durumu, inkişaf planları və s. mühüm məsələlər üzrə intervyü ediliblər. Hazırda “Fitch” reytinq agentliyi tərəfindən “Akkord” Korporasiyasının fəaliyyətinin təhlili davam etdirilir və təhlil başa çatdırıldıqdan sonra 2011-ci il dekabr ayının sonunadək Korporasiyanın reytinqi açıqlanacaq.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq