Bank Of Baku

«Azərpoçt» Lerik rayonunun Çayrud kəndində POS-terminal quraşdırıb

«Azərpoçt» Lerik rayonunun Çayrud kəndində POS-terminal quraşdırıb
# 19 dekabr 2011 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC Lerik rayonunun Çayrud kəndində POS-terminal quraşdırıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu Lerik Poçt Filialının Çayrud poçt şöbəsindən təqaüd alanlara xidmət edəcək ilk region POS-terminaldır.

Sözügedən terminalın analoqu Bakıda Mərkəzi Poçt şöbəsinin qarşısında quraşdırılıb. «Azərpoçt» müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə göstərilən xidmətləri genişləndirmək üçün 1, 2, 3, 4, 5, 6 saylı Poçt filiallarında müəssisəyə məxsus olan ATM-lər quraşdırıb.

Qeyd edək ki, regionlarda 30-dək «Azərpoçt»a məxsus olan ATM-lərin quraşdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR