Bank Of Baku

«Təmiz Şəhər» Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasına üzv olub

«Təmiz Şəhər» Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasına üzv olub
# 20 dekabr 2011 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC Beynəlxalq Bərk Məişət Tullantıları Assosiyasının üzvlüyünə qəbul edilib və bu təşkilatın üzvlük hüquq və imtiyazlarından yararlanmaq imkanı əldə edib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyası bərk məişət tullantılarının idarə edilməsi sahəsində ətraf mühitə zərər verməyən üsullardan istifadə etməklə qlobal səviyyədə tullantıların idarəolunmasının effektivliyinin artırılması üçün çalışan yeganə beynəlxalq təşkilatdır. Assosiasiyanın 70-dən çox ölkədə üzvləri, Cənubi Amerika, Asiya, Sakit Okean Ölkələri və Yaxın Şərqdə regional ofisləri mövcuddur. Assosiasiya BMT Ətraf Mühitin Mühafizəsi Proqramı ilə tərəfdaşlıq edir, Bazel konvensiyası, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və Avropa Birliyi Komissiyasının tullantıların idarəedilməsi ilə bağlı bütün iclaslarında iştirak hüququ vardır.

«Təmiz Şəhər» ASC Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının üzvü olmaqla beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək, digər ölkələrinin təcrübəsindən yararlanmaq və qlobal səviyyədə tullantıların idarəolunmasının bütün aspektləri üzrə məlumat və təcrübə mübadiləsi etmək hüququnu əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR