Bank Of Baku

Bu il dünyada rekord sayda avtomobil satılıb

Bu il dünyada rekord sayda avtomobil satılıb
# 20 dekabr 2011 09:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya iqtisadiyyatındakı problemlərə baxmayaraq, bu il avtomobil satışı rekord həddə çatıb. “APA-Economics”in “Financial Times”ə istinadən məlumatına görə, Yaponiyadakı zəlzələ və avrozonadakı borc böhranı kimi mənfi amillər 2011-ci ildə avtomobil satışlarının tarixdə görünməyən həddə çatmasına mane ola bilməyib.

«IHS Automotive» və «LMC Automotive» analitik şirkətlərinin məlumatına görə, bu il avtomobillərin satışı 4% artaraq 75 mln. ədədə çatacaq. Avtomobil satışları ən çox Rusiya və Şərqi Avropanın digər ölkələrində, eləcə də Türkiyədə artıb, artıma görə sonrakı yeri Cənubi Amerika ölkələri tutub.

ABŞ iqtisadiyyatının bərpası Amerika bazarında avtomobil satışının 9% artmasına səbəb olub. Ən böyük avtomobil bazarı sayılan Çində iqtisadi artımın zəifləməsi nəticəsində avtomobillərin satışı cəmi 5% artıb. Əvəzində zəlzələyə məruz qalan Yaponiyada avtomobil satışı 20%-dən çox azalıb.

«IHS» və «LMC» şirkətlərinin proqnozlarına görə, 2011-ci ilin nəticələrinə görə, Almaniyanın «Volkswagen» konserni «General Motors» və «Toyota»nı keçərək dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək. Amma bu proqnozlar «General Motors»un Çinin «SAIC» şirkəti ilə birgə istehsal etdiyi «Wuling» avtomobillərini nəzərə almır.

Ekspertlər 2012-ci ildə avtomobil satışının və istehsalının artacağını proqnozlaşdırırlar. Amma onların fikrincə, Avropadakı borc böhranı bazara mənfi təsirini göstərə bilər.

«IHS»in hesablamalarına görə, 2012-ci ildə minik avtomobillərinin satışı 4% artaraq 78 mln-a çatacaq. «LMC» isə satışların 5% artaraq 79 mln.-a çatacağını bildirir. Bununla yanaşı, Avropa borc böhranı, büdcəyə qənaətlə bağlı sərt tədbirlər və alıcılıq əhval-ruhiyyəsinin aşağı düşməsi nəticəsində Qərbi Avropada avtomobil satışlarının 5% azalması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR