Bank Of Baku

«Flydubai» aviaşirkəti yükdaşıma xidmətlərinə başlayır - FOTO

«Flydubai» aviaşirkəti yükdaşıma xidmətlərinə başlayır - <font color=red>FOTO</font>
# 20 dekabr 2011 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti yükdaşıma üzrə xidmətlərə başlayır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il yanvarın 1-dən fəaliyyətə başlayan «Cargo» xidməti şirkətin 46 istiqamətdə, o cümlədən Bakıya təşkil etdiyi uçuş şəbəkəsi üzrə, həmçinin Hindistan və Pakistanın bir neçə şəhərinə yükdaşıma xidmətləri göstərəcək. Yükdaşıma bölməsi vasitəsi ilə tez korlanan mallar, tikiş məhsulları, elektrik texnikası, əczaçılıq məhsulları, müxtəlif yüklər və əşyaları yollamaq mümkün olacaq.

«Yükdaşımaların 60%-dən artıq hissəsinin tranzit yolu ilə həyata keçiriləcəyi gözlənilir. «Flydubai» tranzitlə bağlı digər aviaşirkətlərlə müvafiq sazişlər imzalayıb. «Boeing 737-800 NG» təyyarəsi ilə ay ərzində orta hesabla 1 500 ton yük daşınacaq. Bu 15 ədəd «Boeing 777» təyyarəsinin yükgötürmə qabiliyyətinə bərabərdir. Yükdaşımalarımız sərnişin daşımaları kimi təhlükəsiz olacaq», - deyə «Flydubai»ın rəhbəri Qeyt əl Qeyt bildirib.

Beynəlxalq aviasiya nəqliyyatı təşkilatının nizamnaməsinə uyğun olaraq, bütün yüklər kağız faktura ilə deyil, elektron sənədləşmə yolu ilə qeydə alınacaq. Bu isə 1,2 mlrd. ABŞ dolları miqdarında qənaət deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR