Bank Of Baku

İsveçin məşhur “Saab” avtokonserni iflasa uğrayıb

İsveçin məşhur “Saab” avtokonserni iflasa uğrayıb
# 20 dekabr 2011 11:02 (UTC +04:00)
Bakı - APA-Economics. İsveçin “Saab” avtokonserni müflis elan edilib. “APA-Economics”in xəbərinə görə, şirkət rəhbərliyinin bununla bağlı müraciəti məhkəmə tərəfindən təmin edilib.

Qeyd edək ki, “Saab” avtokonserni 60 illik tarixə malikdir. Ötən il ABŞ-ın avtomobil nəhəngi “General Motors” zərərlə işləyən bu konserni “Spyker” (hazırda “Swedish Automobile”) şirkətinə satıb, amma minoritar səhm paketlərini və əsas patentləri özündə saxlayıb.

“Swedish Automobile” “Saab”-ın ləğvinə yol vermək istəməyib və bunun üçün şirkəti Çin şirkətlərinə satmağa da razılaşıb. Amma amerikalılar öz texnologiyalarını çinli rəqibləri ilə bölüşmək istəməyiblər və nəticədə “Saab”ı miflisləşməkdən xilas edəcək sövdələşmə baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR