Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri: “BTQ dəmiryolu xəttinin tikintisi ilə bağlı heç bir problem yoxdur”

Azərbaycanın nəqliyyat naziri: “BTQ dəmiryolu xəttinin tikintisi ilə bağlı heç bir problem yoxdur”
# 20 dekabr 2011 11:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bakı-Tiflis-Qars (BTQ) layihəsi üzrə Gürcüstanda dəmir yolu xəttinin tikintisi yüksək səviyyədə gedir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

“Maliyyə sarıdan heç bir problem yoxdur, işlər qrafik üzrə gedir. Qış mövsümündə hava şəraiti imkan verərsə, tikinti işləri davam edəcək” - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, BTQ dəmiryolu xətti 2012-ci ilin sonu - 2013-cü əvvəlində istismara tam hazır olacaq: “Türkiyə tərəfi ilə də heç bir problem yoxdur. Yalnız müəyyən yerlərin relyefi ilə bağlı məsələlər vardı, onlar da həll olundu. İşlər nəzərdə tutulan qaydada gedir”.

Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında BTQ-nin tikintisi ilə bağlı yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR