Bank Of Baku

Kürdəxanıda su təchizatı və kanalizasiya sisteminin yaradılmasına başlanıb

Kürdəxanıda su təchizatı və kanalizasiya sisteminin yaradılmasına başlanıb
# 20 dekabr 2011 14:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” Layihəsinin açılış mərasimi keçirilib.

KOICA-dan «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemini təmin etməklə yaşayış şəraitini və sakinlərin həyat standartını yaxşılaşdırmaq, layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi vasitəsilə iki ölkə arasındakı dostluq və əməkdaşlığı möhkəmləndirməkdir.

Agentlik bu layihənin 2011-2014-cü illər arasında həyata keçirilməsi məqsədilə Şərqi Asiya İqlim Əməkdaşlığı (ŞAİƏ) Fondundan 26 mln. dollar qrant cəlb etmək niyyətindədir. ŞAİƏ Cənubi Koreyanın təbii fəlakət və ya iqlim dəyişkənliyindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə Asiyada yaşıl inkişaf naminə yardım göstərən beynəlxalq inkişaf əməkdaşlığı layihəsidir. Bu partnyorluq 2008-ci ilin iyul ayında Yaponiyanın Toyako şəhərində genişləndirilmiş G8 sammitində prezident Myunqbak Yi tərəfindən təklif edilib.

Qeyd edək ki, KOICA Koreya Respublikasının qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən dövlət agentliyidir. KOICA-nın partnyorluq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR