Bank Of Baku

«YouTube»da ən çox baxılan videoçarxların siyahısı açıqlanıb

«YouTube»da ən çox baxılan videoçarxların siyahısı açıqlanıb
# 21 dekabr 2011 10:06 (UTC +04:00)
İl ərzində 1 trln.-dan çox videoçarxa baxılıb

Bakı. Nicat Mustafayev - APA-Economics. «Google» şirkəti 2011-ci il ərzində ona məxsus olan «YouTube» portalında ən çox baxılan videoçarxların siyahısını tərtib edib. «APA-Economics»in məlumatına görə, ümumiyyətlə, 2011-ci ildə «YouTube»da baxılan videoçarxların sayı 1 trln.-u ötüb.

Sözügedən xidmətdən Yer kürəsinin hər sakininin istifadə edə bilməsi təxmin edilsə, adambaşına 140 baxılan çarx düşəcək. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə «YouTube»da baxılan videoların sayı 700 mlrd. təşkil edib. Göründüyü kimi, son 1 il ərzində baxılan videoçarxların sayı 43% artıb.

Videoçarxların baxış sayına görə lider 14 yaşlı ABŞ müğənnisi Rebekka Blekin «Friday» mahnısı olub. Xəbərlər lenti süjetləri kateqoriyasında isə birinci yeri Yaponiya sahillərinə yaxınlaşan sunami dalğalarının helikopterdən çəkilən görüntüləri tutub.

Qeyd edək ki, «YouTube» videohostinqini 2005-ci ildə «PayPal» ödəniş sisteminin üç keçmiş əməkdaşı işə salıb, 2006-cı ilin noyabrında isə servisi «Google» şirkəti 1,65 mlrd. ABŞ dollarına alıb.

2011-ci ildə «YouTube»da ən çox baxılan videoçarxların top onluğu:

1. Rebecca Black - «Friday» (Official video)
2. Ultimate Dog Tease
3. Jack Sparrow (feat. Michael Bolton)
4. Talking Twin Babies - Part 2 Official video
5. Nyan Cat (original)
6. «Look At Me Now» - Chris Brown ft. Lil Wayne, Busta Rhymes (Cover by @KarminMusic)
7. «The Creep» (feat. Nicki Minaj & John Waters)
8. Maria Aragon - «Born This Way (Cover) by Lady Gaga»
9. The Force: «Volkswagen Commercial»
10. «Cat mom hugs baby kitten»
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR