Bank Of Baku

İran saytlarının serverləri ölkəyə köçürülüb

İran saytlarının serverləri ölkəyə köçürülüb
# 21 dekabr 2011 10:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Kiberhücumların qarşısını almaq üçün İrana məxsus bütün internet saytlarının serverləri ölkəyə köçürülüb. APA-nın xəbərinə görə, bu barədə İran informasiya texnologiyaları və kommunikasiya nazirinin müavini Əli Həkim Cavadi məlumat verib.

Onun sözlərinə görə, İrana məxsus saytların 90%-nin serveri xarici ölkələrdən köçürülüb: “İran nazirliklərinə məxsus saytlar da daxil olmaqla təxminən 30 min sayt Şimali Amerika ölkələrindən alınıb. Çünki saytlarımız həmin ərazidə yerləşdiyi üçün kiberhücumlara məruz qalırdılar. İran hökumətinin informasiya təhlükəsizliyini qorumaq üçün saytlarımızın serverlərini ölkəmizə köçürmüşük”.

Qeyd edək ki, İrana aid olmayan “Facebook”, “Twitter” və digər sosial şəbəkələrə, eləcə də “Youtube”, “Google” və bu ölkəni tənqid edən saytlara giriş bağlıdır. İran indiyədək 10 mln. internet saytına süzgəc qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR