Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 38%, yükdaşıma isə 28% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 38%, yükdaşıma isə 28% artıb
# 21 dekabr 2011 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda hava nəqliyyatı ilə 1,3 mln. sərnişin və 45,3 min ton yük daşınıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

«Ölkənin hava nəqliyyatının fəaliyyətində daha yüksək artım müşahidə olunur. On bir ay ərzində ötən ilin analoji dövrünə nisbətən 37,9% çox sərnişin və 27,9% çox yük daşınıb», - deyə Komitədən bildirilib.

Hesabat dövründə daşınmanın 96,9%-i dövlət bölməsinə, 3,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Bundan başqa, cari ilin yanvar-noyabr ayları ərzində hava nəqliyyatı ilə sərnişin dövriyyəsi 1 953,7 mln. sərnişin/km, yük dövriyyəsi isə 200,5 mln. ton/km təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 31% və 68,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR