Bank Of Baku

Ufa-Bakı aviareysi açılıb

Ufa-Bakı aviareysi açılıb
# 21 dekabr 2011 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Rusiyanın «RusLayn» aviaşirkəti Ufa-Bakı marşrutu ilə birbaşa sərnişin aviareyslərinin yerinə yetirilməsinə başlayıb.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Bakıdan Ufaya uçuşlar hər həftənin III günləri saat 14:30-da «CRJ-200» təyyarəsi ilə yerinə yetirilir və artıq sözügedən marşrut üzrə təyyarə havaya qalxıb: «Bakıdan Ufaya təyyarənin uçuş vaxtı 2 saat 30 dəqiqə təşkil edir».

Qeyd edək ki, Bakı-Ufa marşrutu üzrə biletin minimal qiyməti 211 manat, Bakı-Ufa-Bakı marşrutu üzrə isə 336 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR