Bank Of Baku

Qazaxıstan və Rusiya birgə Nanotexnologiyalar Fondu yaradıb

Qazaxıstan və Rusiya birgə Nanotexnologiyalar Fondu yaradıb
# 21 dekabr 2011 12:44 (UTC +04:00)
Bakı - APA-Economics. Qazaxıstan və Rusiya birgə Nanotexnologiyalar Fondu yaradıb. “APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, fond iki ölkə ərazisində müvafiq layihələrə investisiya qoyuluşu ilə məşğul olacaq.

Həcmi 100 mln. dollar olacaq fondun vəsaitləri Qazaxıstan və Rusiya ərazisində paritet əsasda layihələrə yatırılacaq. Nanotexnologiyalar Fondunun əsas istiqamətləri inkişafın stimullaşdırılması və iki ölkənin iqtisadiyyatına nanotexnologiyaların tətbiqi, qabaqcıl texnologiyaların transfertinin təmin olunması, özəl kapitalın innovasiya fəallığının inkişafıdır.

On il müddətinə yaradılacaq fondun Almatı və Moskva şəhərlərində ofisi olacaq. İnvestisiyalar enerji istehsalı, alternativ enerji mənbələri, neft-qaz sektoru, telekommunikasiya, biotexnologiya, elektrotexnika kimi sahələrə yatırılacaq. Fondun layihələrdə orta iştirak müddəti 5 il olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR