Bank Of Baku

AzTEST yeni işçi etalonlar və sınaq avadanlıqları alıb - FOTO

AzTEST yeni işçi etalonlar və sınaq avadanlıqları alıb - <font color=red>FOTO</font>
# 22 dekabr 2011 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzi (AzTEST) üçün son iki ay ərzində bir neçə sahədə tətbiq olunan ölçmə cihazlarının kalibrlənməsi və müqayisəli dövlət yoxlanışının keçirilməsi məqsədilə yeni işçi etalonlar və sınaq avadanlığı alıb.

SMPDK-nın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, alınan avadanlıqlara tikinti-quraşdırma işlərində istifadə olunan nivelir, teodolit və taxiometrlərin göstəricilərinin dəqiqliyini təyin etmək üçün istifadə olunan stasionar qurğu, avtomobillərin sürətini təyin edən sürət ölçmə cihazlarının (radarların) müqayisəli dövlət yoxlanışının keçirilməsi üçün ABŞ istehsalı olan PRO-TECT işçi etalonu, 1 və 3 fazalı elektrik sayğaclarının müqayisəli dövlət yoxlanışı məqsədilə işçi etalonlar, metal və metal xəlitələrin, həmçinin metal tərkibli uşaq oyuncaqlarının tərkibində kimyəvi elementlərin faiz miqdarını təyin etmək üçün ABŞ istehsalı olan rentgen-flüorisent spektrometrlər daxildir.

Qeyd edək ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən bütün sahələrdə istifadə olunan ölçmə vasitələri ildə bir dəfədən az olmayaraq müqayisəli dövlət yoxlanışından keçməli, cihaz göstəricilərinin dəqiqliyini sübut edən sənədlərlə təmin olunduqdan sonra sənaye və məişətdə tətbiq olunmalıdır. Sınaq nəticələrinə əsasən mal və məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri müəyyənləşdirilməli və normativ sənədlərin tələblərinə uyğun gəldikdən sonra sertifikatlaşdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR