Bank Of Baku

Göyçayda 5 kəndi birləşdirən yeni avtomobil yolunun açılışı olub

Göyçayda 5 kəndi birləşdirən yeni avtomobil yolunun açılışı olub
# 22 dekabr 2011 13:08 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun açılışı olub.

APA-nın məlumatına görə, dekabrın 22-də keçirilən mərasimdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, “ATF-İnşaat” MMC-nin rəhbəri Fəxrəddin Muradov çıxış edərək prezident İlham Əliyevin “Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 28 iyul 2011-ci il tarixli sərəncamına uyğun olaraq Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun tikintisinə sentyabrda başlanıb.

Səkkiz minə yaxın əhalinin yaşadığı bu 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün dövlət büdcəsindən rayon icra hakimiyyətinə 2,5 mln. manat vəsait ayrılıb və işlər 3 ay ərzində başa çatıb. Tikinti işlərini tenderdə qalib gələn “ATF-İnşaat” MMC-nin briqadası həyata keçirib. Eni 6 m, uzunluğu 11,6 km olan yola 72 600 kv. m asfalt döşənib.

Çıxışlardan sonra yolun açılışını bildirən qırmızı lent kəsilib, yola baxış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR