Bank Of Baku

İsmayıllının 9 kəndinə çəkilən içməli su xəttinin açılışı olub

İsmayıllının 9 kəndinə çəkilən içməli su xəttinin açılışı olub
# 22 dekabr 2011 15:02 (UTC +04:00)
İsmayıllı, Elvin Yaqubov - APA. İsmayıllı rayonunun 9 kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün çəkilən yeni su kəməri istifadəyə verilib.

APA-nın məlumatına görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ayrılan 3,5 mln. manat vəsait hesabına İsmayıllı rayonunun İstisu kəndindəki dağlıq yüksəklikdən 11 min əhalisi olan İvanovka, Ruşən, Soltankənd, Hacıhətəmli, Mollaisaqlı, Mücühəftəran, Vəng, Uştal və Qalagah kəndlərinə ümumi uzunluğu 53 km olan su kəməri çəkilib.

İvanovka kəndində inşa edilən 4 ədəd su anbarına yığılan su öz axını ilə ətrafdakı həmin yaşayış məntəqələrinə ötürülür. Kəndlərə çəkilən içməli su xəttinin açılışı münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Həmçinin Soltankənd orta məktəbi üçün yeni inşa edilən 180 yerlik binanın da açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR