Bank Of Baku

Mingəçevirdə növbəti “Nar Dünyası” satış və xidmət mərkəzi açılıb

Mingəçevirdə növbəti “Nar Dünyası” satış və xidmət mərkəzi açılıb
# 22 dekabr 2011 15:26 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Mingəçevir şəhərində H.Əliyev pr. 54/16 küçəsində “Nar Mobile” tərəfindən yeni konsepsiya ilə hazırlanmış “Nar Dünyası” satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirilib.

“Azerfon” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir.

Mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı “Nar Dünyası” satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış olub, yüksək sürətli mobil internet bağlantısından canlı istifadə ediblər.

Hazırda Bakı şəhərində “Nar Mobile” tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 23 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri olmaqla Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR