Bank Of Baku

Ötən il Azərbaycanda 1 174 ədəd qeydiyyatdan keçməyən REV aşkarlanıb

Ötən il Azərbaycanda 1 174 ədəd qeydiyyatdan keçməyən REV aşkarlanıb
# 10 yanvar 2012 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 892 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, texniki baxış zamanı 1 174 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 457 ədədi qeydiyyata salınıb, 400 ədədi möhürlənib, 40 ədədi silinib, 277 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 96 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR