Bank Of Baku

Azərbaycan paytaxtında nəqliyyatın hərəkəti ilə bağlı müşavirə keçirilib

Azərbaycan paytaxtında nəqliyyatın hərəkəti ilə bağlı müşavirə keçirilib
# 10 yanvar 2012 13:32 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərlik etdiyi müşavirədə nəqliyyatın mövcud problemləri - paytaxtdakı tıxaclar, onların yaranma səbəbləri, yol-hərəkət qaydalarının pozulması halları və onların qarşısının alınması yolları müzakirə edilib. M.Pənahov çıxış edərək son zamanlar nəqliyyat-yol kompleksində həyata keçirilmiş iri layihələr, əldə edilmiş nailiyyətlər barədə danışıb.

Nazir müavini nəqliyyatda yaranmış problemlər və onların həlli yolları məsələsinə də toxunub. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da eyni mövzuda çıxış edərək fikirlərini bildirib.

Sonra nəqliyyatdakı problemlərin həlli ilə əlaqədar yaradılmış işçi qrupunun təklifləri nəzərdən keçirilib, baxılması üçün müvafiq orqanlara göndərilib. Müzakirələr zamanı Nəqliyyat və Daxili İşlər nazirliklərinin birgə fəaliyyət göstərməsi ilə yanaşı həm də bu tipli görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR