Bank Of Baku

Azərbaycan Londonda keçiriləcək beynəlxalq təhsil və İKT sərgisində iştirak edəcək

Azərbaycan Londonda keçiriləcək beynəlxalq təhsil və İKT sərgisində iştirak edəcək
# 10 yanvar 2012 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 11-14-də Londonda (Böyük Britaniya) təhsildə innovasiyaların və müasir texnologiyaların tətbiqinə həsr olunmuş «BETT 2012» beynəlxalq sərgi keçiriləcək.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək ki, nümayəndə heyətinə Təhsil Nazirliyi Təhsil sisteminin informasiyalaşdırlması üzrə İdarənin rəisi Samir Məmmədov başçılıq edəcək.

«Təhsildə innovasiyaların tətbiqinə həsr olunmuş dünyanın ən iri tədbirlərindən sayılan «BETT 2012»də iştirakın məqsədi mövcud müasir texnologiyalar ilə tanışlıq və onların Azərbaycanda istifadəsi imkanlarını nəzərdən keçirməkdir. Sərgidə və onun çərçivəsində keçirilən müxtəlif konfranslarda və seminarlarda iştirak bizə, həmçinin Azərbaycanda təhsilin informasiyalaşdırılması prosesini müasir trendlərlə müqayisə etmək, Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər beynəlxalq ekspertlərin nəzərinə çatdırılacaq», - deyə S.Məmmədov bildirib.

«BETT 2012»də Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, Edu.az Milli Təhsil Portalı, «Elektron məktəb» pilot layihəsi, təhsilin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi, «Həmkara dəstək» və «1 şagird – 1 kompüter» layihələri haqqında geniş məlumat veriləcək.

Qeyd edək ki, «BETT 2012»də 600 şirkətin və 30 min ziyarətçinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR