Bank Of Baku

Göyçay poçtamtı elektron poçt xidmətinə başlayıb

Göyçay poçtamtı elektron poçt xidmətinə başlayıb
# 11 yanvar 2012 07:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Göyçay poçtamtı tərəfindən elektron poçt xidmətinin tətbiqinə başlanılıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən işlər nəticəsində istənilən yerə məktubların, məlumatların elektron formada göndərilməsi imkanı yaradılıb.

Bu sahədən kifayət qədər gəlir olduğunu proqnozlaşdıran poçtamt rayon rabitə şəbəkəsinin NGN texnologiyası əsasında yenidən qurulması ilə icmal poçt şöbələrini yaratmaqla bu xidmətin tətbiqinə start verib.

Qeyd edək ki, oxşar xidmətin digər poçt filiallarında da tətbiq edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR