Bank Of Baku

Dünyanın alış-veriş üçün ən yaxşı küçələrinin adı açıqlanıb

Dünyanın alış-veriş üçün ən yaxşı küçələrinin adı açıqlanıb
# 11 yanvar 2012 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Fransanın «Presence Mystery Shopping» konsaltinq şirkəti alış-veriş üçün ən yaxşı küçələri müəyyən edib.

«APA-Economics»in məlumatına görə, şirkət dünyanın 30 şəhərində 400-dən artıq ticarət obyektində yoxlamalar aparıb ki, həmin küçələri turistlər «alış-veriş cənnəti» adlandırır.

«Presence Mystery Shopping»ın nümayəndələri sözügedən ticarət mərkəzlərində müştərilərə göstərilən xidmətin keyfiyyətini, ticarət obyektinin xarici görüşünü (təmizlik və işıqlandırma), dükanlarda satıcıların nəzakətini və küçənin ümumi mühitini (genişlik, zibil qabları və təmizlik) qiymətləndirib. Şirkətin nümayəndələri parfümeriya, geyim dükanlarını və restoranları ziyarət edib.

Aparılan tədqiqatın nəticələrinə əsasən, təmizlik və səkilərin genişliyi, dükanların geniş seçiminə görə Sinqapurun Orçad-Roud küçəsi dünyada şopinq üçün ən yaxşı yer adını qazanıb. Sözügedən küçənin bir çatışmazlığı onu bir gün ərzində gəzib mümkün olmamasıdır. Bu küçədə 22 iri ticarət mərkəzi və 6 univermaq yerləşir.

İkinci yeri genişlik və işıqlandırmaya görə Lüksemburqda yerləşən De Lya Liberte küçəsi tutub. Amsterdamda (Niderland) yerləşən Hoofstraat küçəsi dükan personalının nəzakət və qonaqpərvərliyinə görə üçüncü yeri, İstanbulun Bağdad küçəsi isə rahat taksi marşrutları, içməli suyun almaq mümkünlüyü və çiçək ləklərin görə dördüncü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR