Bank Of Baku

Azərbaycan regionda ilk dəfə olaraq fiber-optik kanal üzərindən birbaşa mənzillərə genişzolaqlı internet xətləri çəkməyə başlayıb

Azərbaycan regionda ilk dəfə olaraq fiber-optik kanal üzərindən birbaşa mənzillərə genişzolaqlı internet xətləri çəkməyə başlayıb
# 11 yanvar 2012 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rəqəmsal kabel televiziyası olan «Ailə TV» şəbəkəsinin yeni qolu - «Ailə NET» internet provayderi Bakı şəhərinin bütün ərazisini genişzolaqlı fiber-optik internetlə təmin edəcək.
«Ailə TV»dən «APA-Economics»ə verilən məlumata görə, Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Bakı şəhərində fiber-optik kanal üzərindən birbaşa mənzillərə genişzolaqlı internet xətləri çəkilməsi işinə başlanılıb. Bu cür irihəcmli layihənin həyata keçirilməsini məhz «Ailə NET» internet provayderi öz üzərinə götürüb.
«Hazırda «Ailə TV» kabel televiziyası operatoru fiber-optik kanal üzərindən kabel televiziyası xidmətləri göstərməkdədir. «Ailə TV»nin geniş kabel şəbəkəsi imkan verir ki, qısa vaxt ərzində yüksək keyfiyyətli fiber-optik internet şəbəkəsi də quraşdırılsın. Yanvar ayının ilk günlərindən etibarən «Ailə NET» şəbəkəsinin quraşdırma briqadaları Bakı şəhərinin mikrorayonlarında fiber-optik şəbəkənin quraşdırılması işinə start verib. Bu ilin sonuna qədər «Ailə TV» kabel televiziyası operatorunun əhatə dairəsinə daxil olan digər ərazilərdə də fiber-optik internet şəbəkəsi quraşdırılacaq. «Ailə NET» 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazisini genişzolaqlı fiber-optik internetlə təmin etməyi planlaşdırır», - deyə «Ailə TV»dən bildirilib.
Qeyd edək ki, «Ailə NET» internet provayderi 2010-cu ildən etibarən Bakı şəhərinin Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya test rejimində internet xidməti göstərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR